BolgeXeber.Com » Gündəm » Azərbaycanda daha 154 yoluxma qeydə alınıb, 139 nəfər sağalıb, 2 nəfər vəfat edib

Azərbaycanda daha 154 yoluxma qeydə alınıb, 139 nəfər sağalıb, 2 nəfər vəfat edib

2-09-2020, 17:51
Oxunub: 6 546 Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, 2 078 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, bu günə qədər isə ümumilikdə 935 396 test icra olunub.


https://static.report.az/photo/68b3ccf5-b251-3520-bbdc-75c7258241dd_850.jpg