BolgeXeber.Com » Gündəm » LERİK icra hakimiyyətində tender oyunu - "ELNUR-2" KOMMERSİYA ŞİRKƏTİLƏ MÜDHİŞ KOORRUPSİYA
LERİK icra hakimiyyətində tender oyunu - "ELNUR-2" KOMMERSİYA ŞİRKƏTİLƏ MÜDHİŞ KOORRUPSİYA
5-09-2020, 11:01
Oxunub: 5 944
Ölkəmizdə xüsusilə ayrı-ayrı yerli icra hakimiyyəti orqanlarında müşahidə edilən qanun pozuntuları, özbaşınalıq, qohumbazlıq korrupsiya faktları birmənalı olaraq onu deməyə əsas verir ki, əgər bu neqativ və hiddət yaradan məqamlar olmazsa, Azərbaycan əhalisinin maddi-mənəvi rifah vəziyyətinə görə dünyanın ən qabacıl ölkəsi olar. Çox təəssüflər olsun ki, ölkə başçısının etimad göstərdiyi irili-xırdalı məmurlar dövlət büdcəsini öz şəxsi maraqları naminə talamaqla və bununla da milyonlarla insanın, ələxsus uşaqların haqqını qəsb etməklə məşğuldurlar. Sanki belə də olmalıdır.
İxa.az bildirir ki, sözügedən neqativ hallara ortaq olan dövlət qurumlarından da biri Lerik Rayon İcra Hakimiyyətidir.
Belə ki, Lerik Rayon İcra Hakimiyyətinin dünən, yəni 01.09.2020-ci il tarixdə elan etdiyi tender müsabiqəsinin qalibi- nizamnamə kapitalı 1,60 AZN olan və dövlət büdcəsinə bu günə olan vergi borcu 7579 AZN təşkil edən ELNUR-2" UNİVERSAL İSTEHSALAT KOMMERSİYA ŞİRKƏTİ olub.
Tenderin predimeti: Lerik rayon Boykəndil kənd 180 şagird yerlik tam orta məktəb binasının tikintisi işlərinin satın alınmasıdır.
Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən sözügedən şirkətə 535600.06 AZN vəsait ödənilib.
Qeyd edim ki, bundan əvvəl də Lerik Rayon İcra Hakimiyyəti tərəfindən müxtəlif xidmətlər üzrə elan edilmiş tender müsabiqələrinin 3-də məhz Elnur-2 şirkəti qalib elan edilib.
Sonuncu satınalmanı nəzərə almasaq, 3 tender müsabiqəsinin nəticəsinə əsasən sözügedən "universal" şirkətə 3 milyon 53 min manat vəsait ödənilib.
Korrupsiya -hər bir dövlətin, hər bir millətin həyatında maddi-mənəvi inkişaf prespektivlərini məhv edən, vətəndaşların dövlət orqanlarına olan etimadını sarsıdan böyük və əvəzsiz bir bəladır.
Xatırladaq ki, "Dövlət satınalmaları haqqında" qanunun 6.2.5-ci maddəsinə əsasən vergi borcu olan şirkətlərin dövlət qurumlarının təşkil etdiyi tender müsabiqələrində iştirakı qadağandır.
İctimai vəkil Samir Zeynalov
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm