BolgeXeber.Com » Gündəm » Türkiyə televiziyasında Əhməd Əhmədzadənin qanunsuz əməlləri və mənimsəmə faktları barədə danışılıb

Türkiyə televiziyasında Əhməd Əhmədzadənin qanunsuz əməlləri və mənimsəmə faktları barədə danışılıb

7-09-2020, 19:08
Oxunub: 4 559 Türkiyə televiziyasında Əhməd Əhmədzadənin qanunsuz əməlləri və mənimsəmə faktları barədə danışılıb 7 ildir ki, qeyri-qanuni olaraq, erməni girovluğunda saxlanılan Dilqəm Əsgərovun ailəsinə məxsus torpaq sahələri əllərindən alınıb və külli miqdarda vəsait mənimsənilib. Bu barədə Türkiyənin Ulusal Kanal Televiziyasında danışılıb. Bildirilib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə illərdir ki, Dilqəm Əsgərovun ailəsinə zülm edir və Əsgərovlar ailəsinin qanuni torpaq sahələri onların əlindən alınıb. Atasının 7 ildir ermənilər tərəfindən işgəncələrə məruz qaldığını və ailəsinin isə bu müddət ərzində Əhməd Əhmədzadə tərəfindən haqsızlıqla üzləşdiyini deyən Kürdoğlu Əsgərov əlavə edib ki, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əsgərovlar ailəsinin 1 milyondan çox vəsaitini mənimsəyib