BNA deputatı böyük məbləğdə cərimələdi: “Niyə şəkil çəkən kimi qaçırlar?”
10-09-2020, 14:37
Oxunub: 5 811
“Sovet vaxtı məcburi təyinat var idi. Hesab edirəm ki, dövlət ali məktəbi qurtaranlara güzəştə getsin və təyinatları məcburi olsun”.
Bolgexeber.com “report”a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Rüfət Quliyev deyib.

O Bakı Nəqliyyat Agentliyini (BNA) sərt tənqid edib: “Mən də taksilərin fəaliyyətində qayda-qanunun yaradılmasına tərəfdaram. Amma hamımız bilirik ki, bunun axırı hara gedir. BNA-nın əməkdaşları niyə şəkil çəkib qaçır? Gəlib izah etsinlər ki, burada saxlama, orada saxla. Daha niyə şəkil çəkən kimi qaçırlar? Təklif edirəm ki, harada dayanma-durma qadağandırsa yazsınlar ki, burada 5, 10 dəqiqə durmaq olmaz. Mən sürücümdən soruşdum ki, il ərzində nə qədər cərimə yığılıb. Mən cərimənin məbləğini burada açıqlamaq istəmirəm, amma böyük bir rəqəm idi. Dedim ki, get ödə. BNA-ın mühüm şəxslərini dəvət edək və soruşaq ki, cərimələrdən yığılan pullar hara gedir?”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər