BolgeXeber.Com » Gündəm » "Polisə Dəstək " ictimai birliyi bəyanat qəbul edib

"Polisə Dəstək " ictimai birliyi bəyanat qəbul edib

12-09-2020, 21:31
Oxunub: 7 971 "Polisə Dəstək " ictimai birliyi Ermənistanın Livan ermənilərinin Azərbaycan ərazilərinə məcburi köçürülməsinə dair bəyanat qəbul edib. Bəyanatda deyilir: "De Yure və De Fakto olaraq ermənilər faşist xislətli siyasəti ilə beynəlxalq hüququn 10 prinsirinə , habelə BMT-nin TŞ-nin daimi üzvlərinə,qəbul edilən 4 qətnamənin tələblərinə hər gün müstəsna dərəcədə həyasızlıq və hörmətsizlik nümayiş etdirirlər. Ərazilərimiz iriçaplı silahlardan atəşə məruz qalır. Dinc əhaliyə ciddi ziyan dəyir, vahimə içərisində yaşamağa davam edirlər. Özbaşınalığa bir diqqət edin: İşğal etdikləri əraziləri qeyd-şərtsiz boşaltmalı olduğu halda, heç bir razılıq almadan Azərbaycan ərazisinə Livan ermənilərini köçürürlər, köçlər rahat, müqavimətə rast gəlmədən davam edir. Bir Azərbaycan vətəndaşı və vətən savaşının iştirakçısı-komandiri, QHT rəhbəri kimi hiddətlənməmək olmur. Əlaqədar qurumlar hara baxır?

Niyə "köçkünlərə" görk olaraq: "Azərbaycan öz ərazisində antiterror əməliyyatına başlayacaq. Bu əməliyyatın qurbanlarına çevrilmək istəmirsinizsə ermənistana aidiyyatı olmayan özgə əraziləri zəbt edib orada məskunlaşmayın. Bu sizə tarix boyu yurd sayılmaz! Azərbaycan ərazi bütövlüyünün bərpası məqsədilə istənilən vaxt orada hərbi əməliyyatlara başlaya bilər"...və s. formada bir bəyanat səsləndirmirik?Digər tərəfdən Azərbaycan Livan vətəndaşlarını beynəlxalq normaların tələbi və BMT-nin QAK-n (Qaçqınlar üzrə Ali komissarlığının)Bakı nümayəndəliyi vasitəsilə,miqrasiya qaydalarına uyğun müvəqqəti himayə edə və onlara sığınacaq verə bilər. Bu isə yalnız rəsmi müraciət və qarşı tərəfin razılığı əsasında olmalıdır.Əks təqdirdə hüquqi məsuliyyət yaradır.

Qeyd olunanlara əsasən "Polisə Dəstək" ictimai birliyi bəyan edir ki, Azərbaycan tərəfi qardaş Türkiyənin PKK terrorçularına qarşı apardığı mübarizəyə xas tərzdə işğal olunmuş ərazilərimizdə antiterror əməliyyatlarına başlasın, heç kimi və heç kimə xəbərdarlıq etmədən ərazilərimiz gələcəyimizi də təhdid edən "canlı minalardan" təmizlənməlidir. Livan erməniləri məhz elə halalca torpaqlarımızda bizə qarşı təxribatlar, terrorlar törətmək məqsədilə təlimlərə başlayacaqlar.

Bunlara imkan vermək olmaz. Azərbaycan olaraq analoqu olmayan alçaq düşmənlərın nazı ilə çox oynadıq. Boş, mənasız, ümid doğrultmayan şüarlardan qaçmaq lazımdır. 1992-ci il Şuşa alınan gündə doğulan uşağın bu gün 28 yaşı artıq tamam olub. Hər il Novruz bayramlarında "İnşəallah gələn Novruzu Şuşada keçirəcəyik" arzusu ilə yaşayırıq... Quduz itə, kəndə doluşan canavar dəstəsinə qarşı necə davranırıqsa, bu mənfur düşmənlərə qarşı da o cür davranmaq lazımdır- güllələmək! "Polisə Dəstək" ictimai birliyi Livan ermənilərinin arzu etmədiyimiz və qürurumuza toxunan köçünə etiraz edir. Hakimiyyətin müvafiq budaqları da beynəlxalq aləmə və təşkilatlara sərt bəyanatlar verməlidir.
Qeyd:Bəyanatda səslənən sərt ifadələrə görə məni qınamayın. Ananın gözü qarşısında oğula, balanın gözü qarşısında isə anaya hər cürə işkəncələrə, cismani əzaba yol verənlərə sayğılı yanaşmaq olmur,vallah olmur... Üzrlü sayın!

Təşkilatın İdarə Heyətinin sədri Şəmsəddin Əliyev