BolgeXeber.Com » Gündəm » "Şagirdlərlə qumar oynadığı" iddia edilən məktəb direktoru : "İcra nümayəndəsi məndən rüşvət istədi, verməyincə..." (FOTO)

"Şagirdlərlə qumar oynadığı" iddia edilən məktəb direktoru : "İcra nümayəndəsi məndən rüşvət istədi, verməyincə..." (FOTO)

18-09-2020, 13:38
Oxunub: 8 520 Ötən gün saytlarda İmişli rayonu, Vətən Novruzov adına 1 saylı Sarıxanlı kənd orta məktəbinin direktoru Elşən Baxşəliyevin qanunsuz əməllər törətməsi, rüşvət alması və müəllim adına yaraşmayan hərəkətlər etməsi ilə bağlı xəbərlər yayılıb.
Avropa.info-nun bölgə müxbirinə açıqlama verən məktəb direktoru Elşən Baxşəliyev isə İmişli rayon Sarxanlı kənd icra nümayəndəsinin ondan rüşvət istədiyini, rüşvəti vermədiyi üçün ona qarşı "qara piar" kampaniyası təşkil olunduğunu bildirib. 

 Məktəb direktoru Elşən Baxşəliyev

"İcra nümayəndəsi İkram Muradov uzun müddətdir ki məndən rüşvət istəyirdi. Lakin , mən pulu ödəmədiyim üçün icra nümayəndəsi mənə hədə-qorxu gəlirdi. Hadisədən 1 ay sonra icra nümayəndəsinin qardaşları kənddə mənim haqqımda şaiyələr yaymağa başladılar. Hətta İkram Muradov kənddən bir neçə şəxs toplayaraq saytlara yalan məlumatlar ötürüb. Guya mən məktəblilərlə qumar oynayıram, uşaqlardan mənə araq almalarını istəyirəm. Hansı məktəb direktoru belə hərəkət edər? Mənə atılan böhtanlara hüquqi cəhətdən cavab verəcəm. Məsələylə bağlı İmişli rayon prokurorluğuna müraciət edəcəm" - məktəb direktoru Elşən Baxşəliyevin belə deyib. 
 

İcra nümayəndəsi  İkram Muradov 

Direktor, kənd sakini Allahverdiyev Asif Yusif oğlunun "direktor mənə 200 manata məktəbin şkafını satdı" iddialarına da aydınlıq gətirib.
"Allahverdiyev Asif Yusif oğlu məktəbdə təsərrüfat işləri ilə məşğul olarkən, təsərrüfat müdirinin inamını o qədər qazanmışdı ki , hətta müdür zirzəminin açarını ona məktəbin istifadəyə yarasız olan stol və stulunu təmir etmək üçün təhvil veribmiş. Allahverdiyev Asif Yusif oğlu isə bundan sui-istifadə edərək oğurluq etmişdi. Təsərrüfat müdiri bu xoşagəlməz hadisənin fərqinə varmışdı.Təsərrüfat müdiri bu hadisədən xəbər tutduğu an Allahverdiyev Asif Yusif oğlundan əşyaların hara yoxa çıxdığını soruşub . Daha sonra təsərrüfat müdiri dəfələrlə yoxa çıxmış əşyaları gətirib yerinə qoyması barədə Allahverdiyev Asif Yusif oğluna xəbərdarlıq etmişdi. Allahverdiyev Asif isə məktəb bağbanı, Gözəlov Niyaməddin ilə birləşərək mənim haqqımda "əşyaları Elşən müəllim mənə 200 AZN-ə satıb" kimi xoşagəlməz sözlər işlədib. Təsərrüfat müdiri bu hadisədən xəbər tutduğu an 102 xidmətinə məlumat vermib. İstintaqdan 4 ay sonra Allahverdiyev Asif Yusif oğlu polisdən çəkindiyi üçün məktəbin oğurladığı avadanlığını gətirib təhvil verib. Bu halda isə mən məhkəməyə yazılı müraciət etdim . Hal-hazırda Allahverdiyev Asif Yusif oğlu haqqında istintaq gedir və 09.28.2020 il tarixində məhkəmə baş tutacaq "- Məktəb direktoru belə deyib.  
Saleh Qafarlı