Öldürülən türkiyəli iş adamının cənazəsi ölkəsinə göndərildi
7-06-2013, 10:05
Oxunub: 6 115
Türk biznesmeni Bakıda amansızlıqla öldürən şəxs istintaqda
Qətlin motivi isə hələ də açıqlanmır
Bakının Yasamal rayonu ərazisində şirkət rəhbərini amansızlıqla qətlə yetirən şəxs tutulub. Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, “Göyçay Kərpicsan” şirkətinin Türkiyə vətəndaşı olan direktoru Alim Məhəmmədini qətlə yetirməkdə şübhəli bilinən 55 yaşlı Bakı sakini Rasim Məmmədov artıq istintaqa təhvil verilib. Qətlin motivi barədə açıqlama verilmir.
Qeyd edək ki, A.Məhəmmədi iki gün əvvəl Azərbaycan prospekti, ev 23, mənzil 20 ünvanında yerləşən ofisində 15-ə yaxın bıçaq zərbəsi ilə öldürülüb.
Beş ildən artıqdır Azərbaycanda fəaliyyət göstərən şirkətin əsas fəaliyyəti Göyçay rayonunun Cəyirli kəndindədir. Təxminən bir həftə əvvəl Bakıya gələn A.Məhəmmədinin dünən ofisdə qan içərisində meyiti tapılıb. aznews.az-ın məlumatına görə, 1969-cu il təvəllüdlü türkiyəli iş adamının cənazəsi Bakıdakı Göy Məsciddə yuyulub, son mənzil üçün hazırlandıqdan sonra ölkəsinə göndərilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər