Keçmiş deputatlığa namizəd həbs olunub
2-05-2011, 20:30
Oxunub: 2 564

Hüquq müdafiəçisi Vidadi İsgəndərov həbs edilib
Baş Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, ötən il noyabrın 7-də Azərbaycan Milli Məclisinə keçirilən seçkilər zamanı 89 saylı Göyçay-Ağdaş dairə seçki komissiyasından daxil olmuş məlumat əsasında Baş Prokurorluq tərəfindən faktla bağlı Cinayət Məcəlləsinin 159.4.1 (Seçki hüquqlarının həyata keçirilməsinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə mane olma) və 160.2.1-ci (Seçki komissiyalarının işinə hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə müdaxilə etmə və ya təsir göstərmə) maddələri ilə cinayət işi başlanıb.
Aparılmış ibtidai istintaqla törətdiyi cinayət əməlləri sübuta yetirildiyindən Vidadi İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulmuş ittiham elan edilib və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində iş üzrə istintaq tədbirləri davam etdirilir
Çox Oxunanlar
- 30-05-2022, 16:31 : DSX məlumat yaydı: Erməni əsgərlər içib bir-birini güllələyib
Gündəm
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 2-06-2022, 14:30 : “Quru sərhədləri açılmalıdır, ancaq bu şərtlə ki,...” - Deputat
Müsahibə-Reportaj
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 30-05-2022, 11:28 : “Böyük qayıdış” dediyimiz prosesə start verildi
Xəbərlər
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət