Azərbaycanda COVID-19 vaksinlərinin ilk olaraq kimlərə vurulacağı bilindi
23-09-2020, 17:01
Oxunub: 4 783
Azərbaycanda koronavirusa görə vaksinlərin ilkin olaraq kimlərə vurulacağı açıqlanıb.
Bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Koronavirusla Mübarizəyə Dəstək Fondunun İctimai Nəzarət Şurasının SARS-CoV-2 virusuna qarşı vaksinasiya məsələləri ilə bağlı iclasında deyib.
O qeyd edib ki, kimlərin vaksinasiya olunması ilə bağlı risk qrupları müəyyən edilib:
"Yəqin ki, bu həftəsonu strategiya hazırlanacaq və ictimaiyyətə açıqlanacaq. Risk qrupuna səhiyyə işçiləri, əhali ilə sıx təmasda olan hüquq-mühafizə orqanları əməkdaşları, eyni zamanda, yanaşı xəstəliyi olan şəxslərə, dializ xəstələri, şəkərli diabet xəstələri, ürək qan-damar xəstəlikləri, böyrək çatışmazlığı və digər xəstəliyi olan şəxslər daxildir”.
O əlavə edib ki, vaksinasiya könüllü xarakter daşıyacaq.
TƏBİB sədri vurğulayıb ki, vaksinlərin tətbiqi zamanı istehsalçının tövsiyələri nəzərə alınacaq:
"Biz hesab edirik ki, aşağı yaşlılara, reproduktiv dövrdə olanlara vurulmasın. 65 yaşdan yuxarı insanlar risk qrupuna daxil olduğu üçün bu yaşdakı insanlara vaksinlərin vurulması məqsədəuyğundur.
Ancaq istehsalçının tövsiyələri nəzərə alınacaq. Yəni biz istehsalçının tövsiyələri ilə milli strategiyanı nəzərə alıb qərar qəbul edəcəyik”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər