Hərbi vəziyyətin tətbiq edildiyi rayon və şəhərlər açıqlandı
27-09-2020, 19:41
Oxunub: 2 400
Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar Prezident İlham Əliyevin Fərmanına əsasən ölkəmizdə hərbi vəziyyət elan edilib.
Bu barədə sentyabrın 27-də Azərbaycan Respublikası Hərbi İnformasiya Mərkəzində keçirilən brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məlumat verib.
Hikmət Hacıyev deyib ki, sentyabrın 27-də Ermənistan bir neçə istiqamətdən Azərbaycanın yaşayış məntəqələrini, hərbi mövqelərini atəşə tutub. Azərbaycan Ordusu əks-hücum əməliyyatlarına başlayıb.
Fərmanda qeyd olunub ki, Konstitusiyanın 109-cu və 111-ci bəndləri nəzərə alınaraq sentyabrın 28-də gecə saat 12-dən etibarən Azərbaycanın bütün ərazisində hərbi vəziyyət elan edilib.
“Hərbi vəziyyət haqqında” Qanuna əsasən Bakı, Gəncə, Sumqayıt, Yevlax, Mingəçevir, Naftalan, Ağcabədi, Beyləqan, Ağdam, Tərtər, Goranboy, Daşkəsən, Tovuz, Qazax, Ağstafa rayonlarında hərbi vəziyyət dövründə saat 21:00-dan saat 06:00-dək komendant saat elan edilir. Komendant saat dövründə insanların şəxsiyyət vəsiqələri və xüsusi sənədlər olmadan bayıra çıxması qadağan edilib.
Həmçinin nəqliyyat vasitələrinin hərəkəti üçün xüsusi tədbirlərin görülməsi qərara alınıb. Daxili İşlər Nazirliyinə müvafiq tədbirlər görmək tapşırılıb. Hərbi vəziyyət dövründə mülkiyyət formasından asılı olmayaraq, vətəndaşların hüquqlarının məhdudlaşdırılması Konstitusiyaya və qanunlara uyğun qaydada tətbiq ediləcək.
Müvafiq icazələrin alınması “ASAN Xidmət” mərkəzlərindən və Daxili İşlər Nazirliyi vasitəsilə həyata keçiriləcək.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm