Yol polisi komendant saatı ilə bağlı vətəndaşlara müraciət etdi
2-10-2020, 17:50
Oxunub: 1 896
“Bakı şəhərində 21:00-dan ertəsi gün səhər saat 06:00-dək komendant saatı tətbiq edildiyindən təkrarən bildiririk ki, komendant saatının qüvvədə olduğu müddətdə hər bir hərəkət iştirakçısı xidməti vəsiqə və ya “icaze.e-gov.az” portalında qeydiyyatdan keçməklə hərəkət etməlidir”.
Bolgexeber.com xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.
"Məlumat üçün qeyd edirik ki, komendant postlarına giriş-çıxış edən hər bir hərəkət iştirakçısı əvvəlcədən gedəcəkləri ünvana olan məsafəni və vaxtı nəzərə alıb komendant saatı başlayanadək və yaxud işini başa çatdırmayan, eləcə də komendant saatı dövründə xüsusi icazəsi və ya şəxsiyyət vəsiqəsi olmadığı halda qaldıqları (olduqları) ünvanı tərk etməməsi tövsiyə olunur.
Eyni zamanda komendant saatının tələbi pozulursa, vətəndaş, sürücü, sərnişin müddət bitənədək ərazi polis orqanlarında saxlanılır və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 517-ci maddəsinə əsasən barəsində inzibati tənbeh tədbiri həyata keçirilir.
Təkrarən bildiririk ki, fiziki şəxslər 30 manatdan 50 manatadək, vəzifəli şəxslər 100 manatdan 150 manatadək, hüquqi şəxslər 1 000 manatdan 1 500 manatadək cərimə oluna bilərlər.
Bir daha tələblərə uyğun hərəkət etməyinizi əvvəlcədən xahiş edirik".
Çox Oxunanlar
- 1-02-2021, 20:03 : "Hamısını cəzalandıracağam, özü də necə lazımdır" - İlham Əliyevdən xəbərdarlıq
Gündəm
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 29-01-2021, 09:29 : Astarada qanun tanımayan qardaşlar:Deputat və icra başcısının 1-ci müavini sərt karantin qaydalarını belə pozdu – FOTO
Xəbərlər
- 2-02-2021, 22:08 : Prezidentin ifşa etdiyi məmurlar İSTEFAYA GÖNDƏRİLİR
Gündəm
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 1-02-2021, 19:01 : Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı
Gündəm
- 29-01-2021, 11:50 : Gecəqonduda yaşayan çoban necə şirkət rəhbəri edildi? - Rasim Məmmədovun həbsinin təfərrüatları
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 29-01-2021, 15:04 : Baş nazirdən qərar: Bu şəxslərə 265 manat vəsait ödəniləcək
Xəbərlər