Müdafiə Nazirliyi: Bir sıra ərazilər işğaldan azad olunub
4-10-2020, 08:58
Oxunub: 1 856
Bu gün bütün cəbhə boyu şiddətli döyüşlər davam edib.
Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Cəbhənin müxtəlif istiqamətlərində yaşayış məntəqələrimiz düşmənin intensiv artilleriya və raket atəşinə məruz qalıb. Azərbaycan Ordusunun bölmələrinin qətiyyətli cavab tədbirləri nəticəsində yaşayış məntəqələrimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətlərdə atəş mövqeləri susdurulub, düşmənə sarsıdıcı zərbə endirilib.
Gün ərzində gedən şiddətli döyüşlər zamanı qoşunlarımızın şəxsi heyətinin şücaəti nəticəsində Tərtər rayonunun Suqovuşan və Talış yaşayış məntəqələri, Füzuli rayonunun Aşağı Əbdurrəhmanlı, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri işğaldan azad olunub.
Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborun 4 tankı məhv edilib, 3 tankı isə qənimət götürülüb.
Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə qoşunlarımız tərəfindən artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib, şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. 5-ci dağatıcı alayın bir neçə bölməsinin şəxsi heyəti döyüş mövqeyini tərk edərək qaçıb.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət