BolgeXeber.Com » Gündəm » “Bakcell” iki eyni nömrəni iki müştəriyə necə satıb?!-Nömrələrin İkisi də eyni şəbəkədə işləyir…
“Bakcell” iki eyni nömrəni iki müştəriyə necə satıb?!-Nömrələrin İkisi də eyni şəbəkədə işləyir…
7-10-2020, 09:10
Oxunub: 5 098
Bolgexeber.com-un və BÖLGƏ TV-nin rəhbəri, jurnalist Vasif Turan 10 gün əvvəl Şamaxinkadan , İmperial şadlıq sarayının yanındakı “Bakcell”in rəsmi diler mağazasından cin nömrə aldıqdan sonra qəribə problemlə üzləşib . Belə ki, jurrnalist nömrəni telefona saldıqda nömrə işləməyib. Yalnız bir neçə gündən sonra nömrə açılıb. Lakin məlum olub ki, telefon nömrəsinin qutusunun üstündəki nömrə ilə telefondakı nömrə eyni deyil. Bolgexeber.comxəbər verir ki, bu barədə “Bakcell”in Məlumat Mərkəzinə zəng etdikdə operator məsələnin araşdıracaqlarını bildirsə araşdırılmayıb.
Bundan başqa eyni nömrə ilə jurnalistin nömrəsinə zəng edən tanımadığı şəxs bildirib ki, bu nömrə ona məxsusdur.Tanımadığı şəxslər tərəfindən belə zənglər dəfələrlə olub.
Məlum olub ki, eyni iki nömrə iki adama satılıb və eyni zamanda eyni şəbəkədə də işləyir.
Vasif Turan problemlə bağlı “Bakcell”in Müştəri Xidmətinə zəng edib. Şirkətdən bildiriblər ki, məsələ araşdırılacaq. Lakin şikayətdən 3 gün keçsə də problem hələ də həll olunmayıb. Jurnalist sual verir ki, “Bakcell” eyni nömrəni bir neçə şəxsə neçə satıb?! Bildiyiniz kimi Ermənistanın törətdiyi təxribat nəticəsində cəbhədə vəziyyətin gərginləşdiyinin, qarşı tərəfdən törədilən təxribatların artdığının şahidi oluruq. Bolgexeber.com bildirir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti də xəbərdarlıq edir ki, vətəndaşlar tanımadıqları nömrələrdən gələn mesajlara və zənglərə etimad etməsinlər və cavab verməsinlər.
Və bu cür həssas məqamda eyni nömrənin iki şəxsə satılması və hər ikisinin eyni şəbəkədə işləməsi xoşagəlməz və yaxşı hal deyil.
Ümid edirik məsələ tez bir zamanda “Bakcell” tərəfindən həll olunacaq.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər