BolgeXeber.Com » Gündəm » Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb-VİDEO

Düşmən Gəncəyə raket atıb, 7 dinc sakin həlak olub, 28 nəfər yaralanıb-VİDEO

11-10-2020, 10:55
Oxunub: 3 858 Ermənistanın silahlı qüvvələri Gəncə şəhərinin mülki əhalisinin sıx yaşadığı məntəqələri raket atəşinə tutub.
“Report”un məlumata görə, Gəncə şəhərinə atılmış raketlərdən biri mülki şəxslərin yaşadığı yaşayış binalarına düşüb.
Nəticədə 7 nəfər həlak olub, 28 nəfər yaralanıb, infrastruktura külli miqdarda ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Hazırda dağıntılar altında qalan insanların çıxarılması tədbirləri davam edir.