Siyavuş Novruzov mürəbbə biznesi ilə məşğul olur?
10-06-2013, 16:50
Oxunub: 8 345
Bakıdakı bütün çayxanalar yalnız Siyavuş Novruzovun hazırlatdığı məmulatlardan istifadə etməlidilər
Milli Məclisdə təmsil olunan deputatların əksəriyyətinin biznesinin olduğu çoxdan təsdiqlənmiş faktdır. Lakin illər ərzində onların bəziləri barədə məlumatlar üzə çıxsa da, bəziləri barədə bu gəlir sahələri haqda məlumatlarda qıtlıq var. Jam.az-ın araşdırmaları nəticəsində məlum olub ki, parlamentdə mandat sahiblərindən biri olan, Azərbaycan hakimiyyətini aktiv şəkildə müdafiə edən Siyavuş Novruzovun da biznesi varmış.
Sadəcə, sözügedən deputatın himayəsində olan bu biznes mahiyyət etibarı ilə digərlərindən fərqlənir və monopoliya şəklində təzahür edir. Məlumatlarda vurğulanır ki, Siyavuş Novruzovun əsas gəlir sahəsi mürəbbə biznesidir. Qeyd olunur ki, deputat 5 ildən çoxdur ki, bui şlə məşğuldur və mürəbbə istehsalı prosesi isə Bakı kəndlərində həyata keçirilir. Özü də sex və ya fabrik şəklində deyil, fərdi qaydada.
Verilən məlumatlarda deyilir ki, mürəbbə hazırlanması üçün lazım olan bütün xammal xüsusi adamlar tərəfindən bazarlardan alınaraq, Bakı kəndlərində əvvəlcədən razılaşdırılmış ailələrə çatdırılır. Onlar müxtəlif çeşidli mürəbbələr hazırlayaraq, yenidən sifariş verən tərəfə çatdırırlar.
İşin ən ilginc tərəfi isə odur ki, bu sahə monopoliyadır. Yəni, Bakıda fəaliyyət göstərən istənilən çayxana yalnız Siyavuş Novruzovun hazırlatdırdığı mürəbbələri almalıdır. Əks təqdirdə, onların fəaliyyət göstərməsinə qadağa qoyula bilər.
Mənbə bu biznesin illik dövriyyəsinin heç də kiçik olmadığını da vurğulayıb. O bildirib ki, mürəbbə biznesinin illik dövriyyəsi bir neçə milyon manat həddindədir. Siyavuş Novruzovun da bu biznesə girişməsi yaxın dostlarının birinin verdiyi təklif əsnasında reallaşdırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər