BolgeXeber.Com » Gündəm » “Qobuland” ailəvi istirahət mərkəzindəki meşə zolağı yanıb məhv ola bilər-TƏHLÜKƏ (VİDEO)

“Qobuland” ailəvi istirahət mərkəzindəki meşə zolağı yanıb məhv ola bilər-TƏHLÜKƏ (VİDEO)

19-10-2020, 12:12
Oxunub: 4 705 Bakı -Şamaxı yolunun  97-ci km-liyində  , Qobustan rayon ərazisində yerləşən  “Qobuland” ailəvi istirahət mərkəzinin meşə zolaqında zibil poliqonu yaradılıb . Bundan başqa BÖLGƏ TV-nin əməkdaşları sözügedən meşə ərazisində yangının şahidi olublar.
Belə ki, ərazidə çayır otlarının , zibilin , oduncaqların yandırılması ətrafdakı meşədə böyük ağacların yanmasına şərait yaratdığı üçün təhülkə yaradır.
Məsələ bağlı əməkdaşlarımız  istirahət mərkəzinin təlimatçısı ilə əlaqə yaradiblar. Lakin suallarımız cavabsız qalıb.
Aldıqımız məlumata görə adıçəkilən istirahət mərkəzi yüksək vəzifəli məmura məxsusdur. Ərazidən çəkilən videoları təqdim edirik: