BolgeXeber.Com » Gündəm » 13 yaşlı qızı maşınla vurub öldürən səfirin oğlu sərbəst buraxıldı - Fotolar
13 yaşlı qızı maşınla vurub öldürən səfirin oğlu sərbəst buraxıldı - Fotolar
11-06-2013, 12:25
Oxunub: 6 242
İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb
İyunun doqquzu gecə saat 23:30 radələrində Bakı şəhəri, Neftçilər prospekti - Azadlıq meydanında bədbəxt hadisə baş verib. Hadisə yerində olan əməkdaşımız xəbər verir ki, Dəniz kənarı parka valideyinləri ilə istirahətə gələn azyaşlı qızı Bakı şəhər, Nəsimi rayon sakini Zeynalov Əbil Abbas oğluna məxsus Mercedes brabus markalı , "90 FL 003" Dövlət nömrə nişanlı avtomaşın vurub. Azyaşlı hadisə yerindəcə keçinib.
Daha sonra bəlli olub ki, hadisəni 19 yaşlı Zeynalov Əbil Abbas oğlu törədib. Onun idarəetdiyi “Mercedes” markalı minik avtomobili yolu keçmək istəyən piyada, 13 yaşlı İsmayılova Tahirə Ələkbər qızını vurub. Zərbənin gücündən gənc qız elə hadisə yerində dünyasını dəyişib.
Yol nəqliyyat hadisəsi ilə bağlı Səbail rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerində araşdırma aparılıb. İlkin ehtimala görə, avtoqəza sürücünün nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməsi səbəbindən qeydə alınıb.
Daxil olan məlumata görə, qəzanı törədən sürücü artıq sərbəst buraxılıb. Onun Facebook səhifəsində qəza törətdiyi maşının şəkli və başqa rəsmlər də yer alır. Ə.Zeynalovun hansı yolla və kimin vasitəsilə həbsdən buraxıldığı hələlik məlum deyil.
O da məlum olub ki, Ə.Zeynalovun atası Abbas Zeynalov həkim və sülhməramlı səfir, milliyyətcə yəhudi olan anası Bela Zeynalova isə müəllimədi. Ailə Qubada yaşayır.
Dünən axşam qəzanı törədən gəncin atası Abbas Zeynalovun telefon nömrəsini tapıb və hadisə ilə bağlı onun fikirlərini öyrəndik. Əvvəlcə danışmaq istəməyən A.Zeynalov daha sonra bunları deyib: “Mən bu barədə mətbuata müsahibə vermək istəmirəm. Kim istəyərdi ki, oğlu belə qəza törətsin. Qəzadı olub, dərdimizi çəkirik. Uşaq başqa maşının qabağından qaçıb gəlib çırpılıb bu maşına. Yəni maşının qabaq hissəsi ilə vurulmayıb”.
A.Zeynalov bundan başqa heç nə deməyib.
Onu da qeyd edək ki, Müsavat başqanının müavini Tofiq Yaqublunun qızı, Müsavat Gənclər Təşkilatının sədr müavini ötən il törədilən təsadüfi qəzada ölüm hadisəsi olduğuna görə həbs olunmuşdu. Amma faktiki olaraq ortada heç bir şikayət yox idi.
Musavat.com





Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər