12 iyunun astroloji proqnozu
12-06-2013, 09:50
Oxunub: 5 744
QOÇ - Maddi firavanlığa qovuşmaq üçün geniş imkanlarınız var. Boş oturmağa çalışmayın. Pul qoxusu gələn istənilən ünvana və şəxsə müraciət edin. Qeybətcil adamlardan uzaq olun.
BUĞA - Bir qədər gərgin gündür. Özünüzü istənilən təzyiq və təhlükələrdən qorumalısınız. Haqqınızın tapdanmasına yol verməyin. Yeri gəlsə, bu istiqamətdə sərt mövqe də nümayiş etdirin.
ƏKİZLƏR - Risk etməkdən qorxmayın. Amma bilin ki, bu riski hansı məqsəd uğrunda edirsiniz. Başınızı qoruyun. Ulduzların düzümü şəxsi büdcənizdə müəyyən artımların olacağını bəyan edir.
XƏRÇƏNG - Məqsədlərinizi reallaşdırmaqda tənbəllik edirsiniz. Bu isə Göy qübbəsinin xoşuna gəlmir. Özünüzdə təpər tapın. Hər adama bel bağlamayın. Çünki bu dövrdə heç nə boş-boşuna əmələ gəlmir.
ŞİR - Bu təqvimi bürcünüz üçün həftənin ən düşərli günü kimi dəyərləndirmək olar. Ələlxüsus da əməkdaşlıq zəminində uğurlu məqamlarla rastlaşacaqsınız. Sizə aid olmayan işlərə müdaxilə etməyin.
QIZ - Astroloji göstəricilər nə qədər yeni simalarla rastlaşsanız, bir o qədər nailiyyət qazanacağınızı bəyan edir. Əgər işlə bağlı məşğul deyilsinizsə, axşam mütləq qonaq gedin.
TƏRƏZİ - Şəxsi həyatınızda önəmli dəyişikliklər etmək istəyirsinizsə, bu gündən maksimum bəhrələnin. Aldığınız təklifləri düşünmədən rədd etməyin. Axşam təzə xəbərlər gözlənilir.
ƏQRƏB - Təzadlı bir gün yaşayacağınız gözlənilir. Ulduzlar sizə qarşı bir neçə istiqamətdən təzyiqlər olacağını, buna baxmayaraq, perspektivli təkliflər alacağınızı bildirir.
OXATAN - Sevgi münasibətlərində bir qədər anlaşılmazlıqlar mümkündür. Çalışın ki, bu amil mübahisə həddinə çatmasın. Səhvlərinizi etiraf etməyi bacarın. Bunun sizə yalnız xeyri dəyə bilər.
OĞLAQ - Müntəzəm surətdə rastlaşdığınız şəxslərlə davranışlarınıza fikir verin. Özünüzü mehriban aparın. Qabiliyyətsiz adamlarla ünsiyyəti səngidin. Varlanmaq üçün imkan qazanacaqsınız.
SUTÖKƏN - Ailə zəminində müəyyən xoşagəlməzliklər gözlənilsə də, bu, yalnız günün birinci yarısını əhatə edəcək. Nahardan sonra isə xoş təsadüflərlə rastlaşacaqsınız. Axşam qonaq getməyə çalışın.
BALIQLAR - İxtiyarınızda olan bu əsrarəngiz təqvimdə daha çox səhhətinizə fikir verməlisiniz. Nahardan sonra isə işgüzar sövdələşmələrə başlamaq, yeni əlaqələr yaratmaq xeyirlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər