BolgeXeber.Com » Gündəm » Şirvanda abadlıq-quruculuq işləri davam edir, karantinlə bağlı reydlər keçirilir-FOTO

Şirvanda abadlıq-quruculuq işləri davam edir, karantinlə bağlı reydlər keçirilir-FOTO

23-10-2020, 17:27
Oxunub: 3 369 Şirvanda abadlıq-quruculuq işləri davam edir.Bundan başqa Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Şirvan şəhəri ərazisində profilaktik tədbirlərin həyata keçirilməsi davam etdirilr. Şirvan şəhər İcra Hakimiyyətinin məsul işçiləri, şəhər Polis Şöbəsinin əməkdaşları Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması ilə tanış olmaq məqsədi ilə şəhər ərazisində fəaliyyət göstərən ictimai-iaşə obyektlərində reydlər keçirir. Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov bu reydlərdə şəxsən iştirak edir , mütəmadi olaraq  sakinlərlə görüşüb onların problemləri ilə maraqlanır.

Şəhər ərazisində fəaliyyət göstərən xidmət obyektlərində keçirilən reydlərdə ictimai-iaşə və ticarət obyektləri sahibləri, eyni zamanda şəhər sakinləri ilə maarifləndirici söhbətlər aparılır, ticarət obyektlərinin giriş hissələrində dezinfeksiyaedici maddələr olan xüsusi qabların yerləşdirilməsi, insanlar arasında sosial məsafənin gözlənilməsi, xidmətlərdən yararlanan şəhər sakinlərinin və satıcıların birmənalı şəkildə fərdi qoruyucu vasitələrdən(maska) istifadə etmələri barədə lazımi tövsiyyələr verilir. Şəhər sakinləri arasında aparılan maarifləndirici söhbətlərdə koronavirusun təhlükəli olduğunu unutmamaq, aylarla riayət etdiyimiz qaydaları gözləmək, məsafəyə riayət etmək, real zərurət olmadığı halda insanların kütləvi şəkildə toplaşdığı yerlərə getməmək tövsiyə olunur. Vurğulanır ki,  bu gün, ordumuz öz tarixi missiyasını yerinə yetirdiyi bir vaxtda dövlətimizin, o cümlədən səhiyyə sisteminin üzərinə düşən yükü maksimum azaltmaq lazımdır və ətəndaşlarımız arxa cəbhədə öz sağlamlığının qeydinə qalmaqla, sayıqlıq və intizam nümayiş etdirməklə ön cəbhədəki əsgərlərimizə kömək etmiş və onları qorumuş olur.

Şəhərdə icra başçısının rəhbərliyi ilə prezidentin tapşırıqlarına əsasən  karantin qaydaları əməl olunmaqla, texniki təhlükəsizlik qaydalarına riayət edilməklə işçilər tərəfindən yollar çəkilir, abadlıq-quruculuq işləri aparılır.
Əməkdaşlarımız Şirvan şəhərinin ərazisindəki “Füzuli” parkında aparılan yenidənqurma işləri ilə tanış olublar , çəkilişlər aparıblar.
Ərazidən çəkilən fotoları təqdim edirik:
Bolgexeber.com