BolgeXeber.Com » Gündəm » Türkiyədə etirazlar yenidən baş qaldırıb

Türkiyədə etirazlar yenidən baş qaldırıb

12-06-2013, 10:45
Oxunub: 3 565 Taksimdə vəziyyət yenidən gərginləşdi
Meydanı ələ keçirmək istəyən etirazçılarla polis arasında toqquşma olub
İstanbul polisi səhərə yaxın Taksim meydanında reydlər keçirərək, meydanı qalan etirazçılardan da təmizləyib. Toplu müdaxilə maşınları ilə hərəkət edən təhlükəsizlik qüvvələri su şırnağından istifadə edərək, barrikadaları dağıdıb. Meydanı tərk etmək istəməyənlərə qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan da istifadə edilib. Hazırda Taksim meydanında sakitliyin hökm sürdüyü bildirilir.

Ötən gün İstanbul valisi Hüseyn Mutlu da Taksim meydanının "talançı qruplardan təmizlənməsi" ilə bağlı açıqlama verib. Mutlunun sözlərinə görə, "dağıdıcı qrupların polisə hücumundan sonra" "Gəzi" parkına polis müdaxilə edib və "dağıdıcı və talançı qruplar" meydandan uzaqlaşdırılıb.

04:00

CHP-li millət vəkilləri Gezi Parkına gəldilər. ANS PRESS-in habertürk-ə istinadən verdiyi məlumata görə, CHP sədr köməkçiləri Şafak Pavey, Gürsel Tekin, Sezgin Tanrıkulu və Tunceli millet vəkili Hüseyin Aygün, Taksimdə yaşanan polis müdaxiləsinin ardınca Ankaradan İstanbula gəldilər. Gezi Parkına gələn millət vəkilləri, aksiyaçıları dəstəklədilər.

Millət vəkillərinin geceni etirazçılarla birlikdə Gezi Parkında geçirecəkləri bildirildi.

02:00:00

İstanbul valisi Hüseyin Avni Mutlu şəhərin təhlükəsizlik müdiri Hüseyin Çapkın ilə birlikdə Taksim Meydanına getdilər.
Ahaber'e danışan İstanbul valisi marjinal gruplarla bağlı "Kimsə dövlətin gücünü sınamağa qalxmasın" dedi.

Hüseyin Avni Mutlu bunun ardınca Taksim Meydanına verdiyi açıqlamada "Millətimiz polisinin arxasındadır" dedi. Ailələrə çağırış edən Mutlu, Gezi Parkının təhlükəsiz olmadığını bildirərək aksiyaçıların parkı tərk etməsini istedi.