BolgeXeber.Com » Gündəm » «Tosoil» yanacaqdoldurma məntəqəsində qanunlara əməl edilmir- ŞİKAYƏT

«Tosoil» yanacaqdoldurma məntəqəsində qanunlara əməl edilmir- ŞİKAYƏT

29-10-2020, 09:28
Oxunub: 8 908 Binəqədi Rayonu, Hökməli dairəsində fəaliyyət göstərən «Tosoil» yanacaqdoldurma məntəqəsinin xidmətlərindən istifadə edən avtomobil sahiblərinə qarşı qanunsuzluqlar etməsi bağlı Bolgexeber.com-un redaksiyasına  şikayət daxil olub.
Şikayət edən vətəndaş bildirir ki , adıçəkilən yerdə yerləşən «Tosoil» yanacaqdoldurma məntəqəsində müştərilərin əksəriyyətinin hüquqları pozulur.
Şikayətçi avtomobil sahibi də tez-tez belə hallarla rastlaşır.
Belə ki, o bildirir ki  «Tosoil» yanacaqdoldurma məntəqəsində müştərilərə qarşı kobud davranılır ,yanacaq dolduranda alıcılara çek verilmir.
Bundan başqa kauçuk qablarda benzin satışı qadağan olunsa da burada bu cür satış qanunsuz olaraq  və açıq-aşkar həyata keçirilir.
«Tosoil» yanacaqdoldurma məntəqəsində növbəyə də məhəl qoyulmur.
Belə ki, operatorlar bir qayda olaraq ilk növbədə öz tanışlarını və yaxınlarını yola salırlar ki, bu da iş dalınca tələsən sürücülərin haqlı narazıçılığına səbəb olur.
Məntəqədə müdiriyyət tərəfindən şikayətlərə də məhəl qoyulmur.
 
Məsələn ,yanacaqdoldurma məntəqəsində benzin alan şikayətçi soruşanda ki, “niyə çek vermirsiz”,oranın orta yaşlı müdiri cavab verib ki, kassa aparatlarının kağızı qurtarıb guya ona görə çek verə bilmirlər.
 
«Tosoil» yanacaqdoldurma məntəqəsində baş verən qanunsuzluqlar təkcə bunlarla kifayətlənmir.
Sadəcə olaraq burada neqativ hallarla üzləşən müştərilərin heç də hamısı şikayətlə bağlı aidiyyatı qurumlara müraciət etmir.
 
 Şikayətçi qeyd edir ki, bu cür məsul yerdə nəzarətsizlik hökm sürür və  nizam-intizam çox aşağı səviyyədədir ki, bu da narahatlıq doğurmaya bilməz.
 
Bundan başqa, hal-hazırda müharibə şəraitində, cəbhədə ordumuzun torpaqlarımızı işğaldan azad edərək rəşadətllə vuruşduğu bir vaxtda yanacaqdoldurma məntəqəsinin bu cür qanunsuzluqlara yol verməsi heç də yaxşı hal deyil.
Bolgexeber.com