Ermənistanın iki Su-25 təyyarəsi məhv edildi
29-10-2020, 14:32
Oxunub: 4 196
Oktyabrın 29-da saat 13:18 və 13:20 radələrində cəbhənin Qubadlı istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin iki Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.