BolgeXeber.Com » Gündəm » İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"
İlham Əliyev: "Biz reallıqları dəyişdik və indi onlar bunu nəzərə almalıdır"
31-10-2020, 15:18
Oxunub: 3 120
Biz muxtar rayon məsələsini indi müzakirə etməliyik. Çünki indi ortada yeni reallıq var. Əvvəla, biz heç bir muxtar rayon razılığına gəlməmişik. Biz bunu təklif edəndə ermənilər bunu rədd edirdilər. Onlar bizim razı olmadığımız müstəqillik tələb edirdilər. İndi ortalıqdakı reallıqlar dəyişib. Biz dəfələrlə eşitmişik ki, reallıqlar var və siz onları nəzərə almalısınız".
Prezident İlham Əliyev bu fikirləri Almaniyanın ARD telekanalına müsahibəsində Dağlıq Qarabağın muxtariyyət məsələsinə münasibət bildirərkən səsləndirib.
Azərbaycanın mövcud reallıqları dəyişdirdiyini vurğulayan dövlət başçısı deyib ki, indi onlar bunları nəzərə almalıdır və 27 il ərzində bizim onlara təklif etdiklərimiz ola bilsin, artıq öz qüvvəsini itirib:
"Ona görə indi biz müzakirələr aparmalıyıq. Ermənistan buna hazır olduğu təqdirdə danışıqların yeni mərhələsinə başlamaq və danışıqlar masasında Dağlıq Qarabağın gələcəyini müzakirə etmək olar".
"Lakin bunun üçün Ermənistan dayanmalıdır. Onlar bu aylar ərzində həmişə bizim azad etdiyimiz əraziləri geri almaq istəyiblər və bu da onların məğlubiyyətinin əsas səbəbidir”, - Prezident əlavə edib
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər