BolgeXeber.Com » Gündəm » Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEO
Suqovuşana bayrağımızı sancan əsgərin atası: “Oğlumun şəhid olması xəbəri gəldi, amma...” - VİDEO
2-11-2020, 13:39
Oxunub: 3 916
Bir müddət əvvəl hər kəs işğaldan azad edilən Suqovuşana Azərbaycan bayrağını sancan qəhrəmandan danışırdı - İlkin Fərzəliyevdən.
Atası Azad Fərzəliyev oğlu ilə bayrağı sancmazdan öncə danışdığını deyir: “Oğlumla danışanda təkcə bunu dedim: o bayrağı sanc, İlkin, amma xahiş edirəm, sağ qal, şəhid yoldaşlarının qanını yerdə qoyma, nə olar?!
İtirdiyimiz torpaqları indi oğullarımız geri qaytarır. Sanki bizim alnımıza vurulan o damğanı yuyurlar. İlkin gedəndə məndən halallıq istədi. Ona dedim ki, sənin üçün nə etmişəm ki, nə də halal edim?! Nə etmisənsə, bizim üçün sən etmisən. Hətta müharibənin ilk günlərində mən onun şəhid olması xəbərini də eşitdim, amma içimdəki atalıq hissi mənə dedi ki, oğlum sağdır”.
İlkin nişanlıdır. Yolunu həsrətlə gözləyən xanım, bütün həyatını övladlarına qurban vermiş ana və ən əsası, qəhrəmanını gözləyən Azərbaycan xalqı var.
Daha ətraflı AZTV-nin videoreportajında:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər