BolgeXeber.Com » Gündəm » Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
Hər kəs maska istifadə etsə, koronavirusa yoluxma faizi çox aşağı olar - TƏBİB
5-11-2020, 11:28
Oxunub: 1 264
Bir-biri ilə təmasda olan hər iki insanın tibbi maskadan istifadə etməsi vacibdir. Hər iki tərəf maskadan istifadə edərsə, yoluxma faizi 1-dən aşağı olar.
Bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstitutunun direktor müavini, professor Akif Qurbanov deyib.
Onun sözlərinə görə, tibbi maskalar həm onu istifadə edən insanı, həm də onun təmasda olduğu şəxsi virusdan qoruyur.
A.Qurbanobv əlavə edib ki, düzgün qorunma tədbirləri insanı virusdan qoruya bilər. Amma qorunma tədbirlərinə düzgün əməl edilməzsə, insanın virusa yoluxmayacağına heç kim təminat verə bilməz:
"Bu qaydaları hamı bilməlidir və hamı maska gəzdirmək xatirinə maska taxmamalıdır. Maska bizi virusdan qoruyan maska olmalıdır. Digər qayda odur ki, əllər təmiz, diqqətlə yuyulmalıdır. Əllər yuyulduğu zaman yalnız ovucun içi, arxası deyil, onun bütün səthi diqqətlə yuyulmalıdır. Əllər bu cür yuyulduqda əl dərisində olan virus bizi tərk edə bilər. Bəzən insanlarda belə səhv təsəvvür yaranır ki, qorunma tədbirləri bizi heç virusdan qorumur. Amma bu, o halda qorumur ki, qaydalara düzgün riayət edilmir. Maskadan düzgün istifadə etmək, əlləri düzgün yumaq, maksimum şəkildə sıx təmaslardan çəkinmək lazımdır. Bu məsələlərə düzgün əməl olunsa, nəinki COVİD, sizi əmin edirəm ki, biz heç bir tənəffüs sistemi xəstəlikləri, o cümlədən qrip və qripəbənzər xəstəliklərlə xəstələnməyəcəyik”.
A.Qurbanov qeyd edib ki, nazik və ya qalın olmasından asılı olmayaraq, bütün maskalar insanı az və ya çox dərəcədə virusdan qoruyur. Maskanın parçasının sıxlığı nə qədər çoxdursa, onun virusdan qorunmaq imkanı o qədər çoxdur:
"Amma cərrahi maskalar insanı virusdan qorumaq üçün yetərlidir. Yetər ki, bu maskanı hamı istifadə etsin və hər kəs də onu düzgün taxsın”.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət