Koronaviruslu qohumunu uşaqları ilə görüşdürən tibb işçisi saxlanıldı
6-11-2020, 11:58
Oxunub: 4 496
Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım stansiyasında böyük tibb qardaşı işləyən Bəhramxan Balazadə epidemiya və karantin rejimi qaydalarını pozaraq, xüsusi mühafizə olunan Quba RMX-da koronavirus pandemiyasından stasionar müalicə alan qohumunun yeniyetmə övladları ilə görüşməyini təşkil edib.
Daxili İşlər Nazirliyindən Bolgexeber.com-a verilən məlumata görə, yeniyetmələri xüsusi geyim forması olan skafandr, tibbi maska və tibbi eynəklə təmin edən və təyin olunmuş xüsusi karantin qaydalarını kobud şəkildə pozan tibb işçisinin törətdiyi qanunazidd hərəkətinin qarşısı dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən alınıb və o, saxlanılaraq polis şöbəsinə gətirilib.
İlkin dindirilmə zamanı B.Balazadə törətdiyi əməlini səmimi etiraf edərək, peşman olduğunu bildirib.
Hal-hazırda faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər