BolgeXeber.Com » Gündəm » Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atıb

Ermənilər Tərtərə 36-ya yaxın top mərmisi atıb

8-11-2020, 10:00
Oxunub: 3 090 Cəbhədə gərgin döyüşlər davam edir.
Noyabrın 8-i saat 07:40-dan 08:10-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Qazyan və Hüsənli kəndlərini atəşə tutub.
Düşmən rayon ərazisinə ümumilikdə 36-ya yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan olmayıb.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinin susdurulması üzrə cavab tədbirləri görülüb.