Balakəndə yaşayış yerini tərk edən COVID-19 xəstələri saxlanılıb
9-11-2020, 11:35
Oxunub: 3 570
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə COVİD-19 virusuna yoluxmuş 3 nəfər rayon sakininin yaşayış yerlərini tərk etdiyi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bolgexeber.com-a verilən bildirilib ki, rayonun Qazma kənd sakini A.Xəlilov, şəhər sakinləri Ş.Əhmədova və onunla eyni ünvanda yaşayan T.Kaltayevanın koronavirus testinin nəticəsi pozitiv çıxdığına görə, onlara ev şəraitində müalicə təyin olunub. Həmin şəxslərə yaşayış yerlərini tərk etməmələri, qaydalara riayət etmələri tapşırılıb. Polis əməkdaşları tərəfindən ev şəraitində müalicə alan COVID-19 infeksiyasına yoluxmuş şəxslər yoxlanılan zaman onların qaydaları pozaraq, yaşadıqları ünvanları tərk etdikləri aşkarlanıb.
Dərhal keçirilən tədbirlərlə həmin şəxslərin rayon ərazisində olduqları yer müəyyən olunub. Onların olduqları əraziyə həkim briqadası dəvət edilib və təcili tibbi yardım avtomobilinə mindirilərək koronavirusa yoluxmuş şəxslərin müalicə aldığı xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı Balakən RPŞ-də araşdırma aparılır.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər