BolgeXeber.Com » Gündəm » Dilqəm Əsgərov və Şahbaz Quliyev nə zaman Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA
Dilqəm Əsgərov və Şahbaz Quliyev nə zaman Azərbaycana təhvil veriləcək? - AÇIQLAMA
10-11-2020, 16:19
Oxunub: 1 232
"Bu gün Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri tərəfindən imzalanmış üçtərəfli bəyanatla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olmaqla yanaşı, əsir və girovlarla bağlı da məqam da öz əksini tapıb”.
Bu barədə Oxu.Az-a açıqlamasında "Konstitusiya” Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.
O bildirib ki, bəyanatda qeyd edilən bir maddə əsir və girovların qaytarılmasını əhatə edir:
"Bəyanatda cəsədlər, hərbi əsirlər, girovlar və habelə digər saxlanılan şəxslərin qaytarılması həyata keçiriləcək. Mən hesab edirəm ki, digər şəxslərə erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin də Azərbaycana təhvil verilməsi daxildir.
Düşünürəm ki, onların hər ikisinin vətənə qayıtması da bu proseslərdə öz həllini tapacaq.
Məsələnin həlli ilə bağlı bəyanatda öz əksini tapan öhdəlik çərçivəsində, yaxın zamanda bunun şahidi olacağıq”.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət