BolgeXeber.Com » Gündəm » İşğaldan azad olunmuş rayonlara müvəqqəti komendantlar təyin olundu

İşğaldan azad olunmuş rayonlara müvəqqəti komendantlar təyin olundu

12-11-2020, 16:14
Oxunub: 2 842 "Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında" Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktyabr tarixli Fərmanı rəhbər tutularaq Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlərlə işğaldan azad olunmuş rayonların polis şöbələrinin rəisləri həmin rayonların müvəqqəti komendantları təyin olunublar.
Bu barədə Bolgexeber.com -a DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunan Fərmandan irəli gələn digər vəzifələrin də icrası davam etdirilir.