BolgeXeber.Com » Gündəm » Bakıda saxta sürücülük vəsiqəsi

Bakıda saxta sürücülük vəsiqəsi

21-06-2013, 10:40
Oxunub: 5 143 Rusiya vətəndaşının illərdir istifadə etdiyi sürücülük vəsiqəsini Azərbaycanda saxta çıxardılar

Bir müddət əvvəl xəbər verilmişdi ki, Bakı şəhərinə Rusiyadan gəlmiş qonaq sürücü ağlına gətirmədiyi problemlə üzləşib. Bolgexeber.com xəbər verir ki, Babək adlı şəxs Bakıda Rusiyada aldığı sürücülük vəsiqəsilə avtomobil idarə etdiyi zaman yol polisi tərəfindən saxlanılmış, polis onun sürücülük vəsiqəsini alaraq saxta olduğunu bildirmişdi. “Rusiyada həmişə eyni sürücülük vəsiqəsi ilə maşın sürmüşəm. Hətta Bakıda da yol polisi saxlayaraq bir neçə dəfə radara düşdüyümə görə cərimələyib. Hazırda məsələ Bakı Şəhər Yol Polis İdarəsinin şöbəsində araşdırılır. Bildirildi ki, sürücülük vəsiqəsi ekspertizaya göndəriləcək. Başa düşmürəm, necə ola bilər ki, Rusiyada saxta deyildi, burada saxta çıxdı?".

Məsələyə münasibət bildirən Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov həmin məsələnin araşdırılacağını qeyd etmişdi. Açıqlama verən Vaqif Əsədov artıq həmin məsələnin artıq araşdırıldığını bildirib. Onun sözlərinə görə, həmin vətəndaşın sürücülük vəsiqəsi Kriminalistika İdarəsinə göndərilib və lazımi araşdırma aparılıb. Məlum olub ki, həmin sürücülük vəsiqəsi yüksək kompüter texnologiyaları əsasında hazırlansa da, onun heç bir mənbəyi yoxdur və saxtadır.

V.Əsədov onu da qeyd edib ki, Babək adlı vətəndaşın istifadə etdiyi sürücülük vəsiqəsinin forması da hazırda Rusiya Federasiyası ərazisində verilən sürücülük vəsiqələrinin formasına uyğun deyil. "2013-cü ildən etibarən Rusiyada verilən vəsiqələrin forması dəyişdirilib".