Tezliklə vətəndaşlarımız Şuşanı ziyarət edəcəklər – Yeni yolla
18-11-2020, 14:41
Oxunub: 1 216
"Bu yol Azərbaycan üçün həm strateji, həm də iqtisadi əhəmiyyət daşıyır”.
Bunu Milli Məclisin deputatı Vüqar Bayramov Füzuli-Şuşa avtomobil yolunun çəkilməsindən danışarkən deyib. Deputat qeyd edib ki, Füzuli rayonundan Azərbaycanın qürur şəhəri olan Şuşaya yol çəkilişinə başlanılıb:
"Füzuli rayonunun Alxanlı qəsəbəsindən başlanan yol bizi Şuşaya çatdıracaq. Həmin yol Şuşa ilə Azərbaycanın digər yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsinin qurulmasına imkan verəcək. İşğaldan əvvəl Şuşa şəhərinə Ağdam və Xankəndindən keçməklə gedilirdi. Digər tərəfdən, çox yaxın zamanlarda xeyli sayda vətəndaşlarımız işğaldan azad olunan rayonlarımızı, o cümlədən Şuşa şəhərini ziyarət edəcəklər. Bu isə bu zonalarda daxili turizmin inkişafı deməkdir”.

Vüqar Bayramov bildirib ki, bütövlükdə, daxili turizmə üstünlük verən vətəndaşların əhəmiyyətli hissəsi bərpadan sonra işğaldan azad olunan ərazilərimizi də seçəcəklər:
"Bu isə həmin ərazilərimizdə biznesin inkişafı baxımdan vacibdir. Bütövlükdə, Azərbaycan tarixi üçün xüsusi əhəmiyyət daşıyacaq həmin yol bizi əbədi olaraq Şuşa şəhərinə çatdıracaq”.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 3-02-2021, 17:55 : Azərbaycanda yeni universitet yaradılır - Prezident AÇIQLADI
Xəbərlər
- 3-02-2021, 17:15 : 5 –ci kalon”un gizli siması Heydərovun Makaryanla biznes şəbəkəsi - 1-ci yazı
Gündəm
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 3-02-2021, 16:38 : Bu kəndin şəhidlərinə 4 aydır başdaşı qoyulmayıb-FOTO
Gündəm
- 3-02-2021, 17:31 : Ötən ay uşaqlara ən çox qoyulan adlar - SİYAHI
Xəbərlər
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm