“Mur-Ay” MMC-nin axtarışda olan rəhbəri həbs edilib
5-05-2011, 16:45
Oxunub: 7 091

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Məlumatda bildirilir ki, “Mur-Ay” MMC-nin sədri vəzifəsində çalışmış Bakı şəhər sakini, 1966-cı il təvəllüdlü Elxan Hüseynov bir qrup şəxslə cinayət əlaqəsinə girərək Yeni Yasamal massivi, Xiyabani küçəsi 18-də inşa edilən çoxmərtəbəli yaşayış binasındakı bir mənzili bir neçə şəxsə sataraq vətəndaşlara külli miqdarda ziyan vurub.
Onun törətdiyi bu cinayət əməli zərərçəkmişlərin haqlı narazılığına səbəb olub.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) maddəsi ilə cinayət işi başlanıb. E.Hüseynov istintaqdan yayındığı üçün barəsində axtarış elan edilib.
DİN Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində E.Hüseynov mayın 4-də Bakı şəhərində tutularaq istintaqa təhvil verilib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər