BolgeXeber.Com » Gündəm » Yaşı 65-dən yuxarı şəxslərin küçəyə çıxmaması tövsiyə olunur

Yaşı 65-dən yuxarı şəxslərin küçəyə çıxmaması tövsiyə olunur

19-11-2020, 16:45
Oxunub: 2 394 Azərbaycan hökuməti yaşı 65-dən yuxarı olan şəxsləri küçəyə çıxmamağa çağırır.
Bolgexeber.com xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın karantin rejiminin uzadılması haqqında yeni qərarında bildirilib.
"Dünyada, o cümlədən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyəti nəzərə alaraq yüksək risk qrupuna daxil olan 65 yaşdan yuxarı şəxslərin zərurət yaranmadan yaşayış yerlərini tərk etməmələri tövsiyə olunur", - qərarda vurğulanıb.