Xızıda oğurluq edən şəxs saxlanılıb - FOTO
21-11-2020, 17:30
Oxunub: 4 539
Xızı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən rayonun Giləzi qəsəbə sakini N.Rzayev ona məxsus fərdi yaşayış evindən 7000 manat pulunun oğurlanması barədə məlumat verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Bolgexeber.com -a verilən məlumata görə, daxil olmuş müraciətlə əlaqədar şöbə əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən rayonun Sitalçay kənd sakini Xəyal Rəsulov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edərək, oğurladığı pulların bir qismini xərclədiyini bildirib. Oğurluq yolu ilə əldə edilmiş pulların qalan hissəsi isə maddi sübut kimi ondan götürülüb.
Faktla bağlı Xəyal Rəsulov barəsində Xızı RPŞ-də cinayət işi başlanılıb, onun digər cinayət əməllərində iştirakının olub-olmaması araşdırılır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər