AVP Sumqayıt qərargahında görüş keçirilmişdir
22-06-2013, 09:20
Oxunub: 6 053
Bolgexeber.com xeber verir ki,Ümumdünya Qaçqınlar günü münasibətilə Ana Vətən Partiyası Sumqayıt şəhər təşkilatının qərərgahında filologiya elmləri üzrə Fəlsəfə doktoru, folklorşünas, “Qaçaq Safo” dastanının tədqiqatçısı, Qərbi Azərbaycanın Paşalı rayonu İstisu qəsəbəsində təvəllüd tapmış Alı Alıyevlə vətənkeşlərin görüşü keçirilmişdir.
Alı müəllim tədbir iştirakçılarının suallarına cavab vermiş, doğulub boya-başa çatdığı Dərələyəz mahalının füsunkar təbiətindən, zəngin folklorundan, xalqımızın nəcib adət-ənənəsindən danışmış, onları Çar hökumətin xeyir-duası ilə sıxışdırıb doğma el-obasından didərgin salan millətçi erməni kilsə-daşnak xadimlərinin vəhşiliyindən söz salmışdır. Gülüstan müqaviləsindən sonra Azərbaycan xalqına qarşı 200 il əvvəl başlanan zorakılıq və milli diskriminasiya Sovet dönəmində də davam etdirilmişdir. Nəticədə Qərbi Azərbaycan torpaqları, İrəvan xanlığı, Zəngəzur, Vedibasar mahalı, Göycə, Dilican, Dərələyəz ərazisi ermənilər tərəfindən işğal edilmiş, bir milyondan çox əhali el-obasından didərgin salınmışdır. 1988-ci ildə Qərbi Azərbaycan torpaqları bütünlüklə azərbaycanlılardan təmizlənmişdir. Bununla yanaşı 1988-1993-cü illərdə erməni-daşnak hərbi quldur dəstələri ölkəmizin Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı yeddi rayonu işğal etmiş, bir milyondan çox soydaşımız öz doğma Vətənində məcburi köçkün vəziyyətinə düşmüşdür.
Görüşün sonunda Alı Səfolu müəllifi olduğu kitabları vətənkeşlərə hədiyyə etmişdir.
Tədbirdə Ana Vətən Partiyası sədrinin müşaviri Qalib Əhmədov və AVP Sumqayıt şəhər təşkilatının sədri Şahbəndər Həsənov iştirak etmişdir.

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər