BolgeXeber.Com » Gündəm » Sabirabada COVİD-19 simptomu şübhəsi ilə gələn vətəndaşı xəstəxanadan çölə atdılar
Sabirabada COVİD-19 simptomu şübhəsi ilə gələn vətəndaşı xəstəxanadan çölə atdılar
21-11-2020, 21:01
Oxunub: 2 984
Dünyada və Azərbaycanda koronavirusa yoluxma halları artmaqda davam edir. Paytaxtda olduğu kimi eyni zamanda rayonlarda da yoluxma halı daha çoxdur.
İnfeksionist Vasif Əliyev buna səbəb kimi müsahibələrinin birində bildirib ki, əsasən də rayonlarda yas mərasimləri ilə bağlı qadağalara məhəl qoyulmur. Buna əhəmiyyət verməyən insanlar kütləvi şəkildə toplaşırlar. Kütləvi toplaşmalar virusun yayılması üçün ən yaxşı ortamdır, çünki insanlar burada bir-birinə çox yaxın məsafədə olurlar. Virusdan qorunmaq üçün ən azı 2 metr məsafə saxlanmalıdır, bu qanunauyğunluq kütləvi yerlərdə pozulur. İnsanların gigiyenik qaydalara əməl etməməsi, maska taxmaması, məsafəni qorumaması – bu üç vacib, sadə tövsiyəyə riayət edilmədiyi halda yoluxma riski artır.
Əliyev qeyd edib ki, maska taxılmaması ilə bağlı cərimələr tətbiq olunsa belə, qısa müddətdə yoluxma sayında azalma görə bilməyəcəyik.
Kaim.az-a daxil olan şikayətlərdən isə aydın olur ki, yoluxmanın əsas səbəbi heç də insanların öz səhhətlərinə biganə olması deyil. Bəzi rayon sakinləri xəstəxanaya COVİD-19 simptomları ilə müraciət etsələr də həkimlər tərəfindən insan həyatına biganə yanaşılır.
Məsələn Sabirabaddan Kamila Qubadova adlı qadın quru öskürək və yüksək temperaturla Rayon Mərkəzi Xəstəxanasına müraciət edib.
Bunu eşidən baş həkim işçilərə xəstə, qadını xəstəxanadan çölə atın və gedib evində həkim tapıb müalicə olunsun, “… xəstəxanada hələki yer yer yoxdur…” əmr edib.
Bu haqda xəstənin qohumları bizə məlumat verərək bildiriblər ki, yalnız təcili yardım bir dəfə gəlib, xəstəyə iynə vuraraq gediblər.
Görəsən potensial xəstələr Sabirabad Mərkəzi Xəstəxanasına qəbul edilməkdən imtina edildikdən sonra neçə nəfəri koronavirusa yoluxdurublar?Bununla da bağlı çox sayada şikayətlıərin olduğu da bildirilib.
kainat
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 19-12-2020, 18:48 : Manaf Ağayevin ailəsində koronavirus faciəsi - 1 nəfər öldü, digəri reanimasiyadadır
Xəbərlər
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 24-12-2020, 22:34 : Prezident bir qrup hərbçini “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif etdi - SİYAHI
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 18-12-2020, 18:42 : Bu hərbçilər “Cəsur döyüşçü” medalı ilə təltif edildi (SİYAHI)
Gündəm