Yoxa çıxan erməni millətçi-aktivistinin sədası Bakıdan gəlir! ŞOK HADİSƏ
24-11-2020, 12:19
Oxunub: 3 033
Məlum olduğu kimi, 2020-ci il noyabr ayının əvvəli erməni bloger, Ermənistanda müxtəlif dövlətyönlü ictimai təşkilatların rəhbəri, müharibə vaxtı işğal altında olan yerlərdə poz verən Gevorq Sujyanın öz adamları ilə birgə Kəlbəcərdə, İstisuda çəkib öz Facebook səhifəsində paylaşdığı videonu həmin səhifədən 6000-dən çox adam paylaşıb, daha sonra bütün sosial şəbəkələrdə yayılmışdı.
Həmin videoda Gevorq Sujyan Kəlbəcərdə İstisuda üzərək kef çəkdiyini, tezliklə Bakıya çatıb Xəzərdə üzəcəyini bildirir, Azərbaycan tərəfinin ünvanına ağır formada təhqiredici ifadələr işlədir.
Müharibənin gərgin vaxtında, Ermənistanın şəhid əlindən tərpənə bilmədiyi bir vaxtda belə bir videonun hazırlanması, təbii ki, Ermənistan xüsusi dövlət strukturlarının Azərbaycana qarşı çirkin informasiya müharibəsi, erməni gənclərini psixoloji cəhətdən toparlamaq cəhdindən başqa bir şey deyildi.
Gəlin görək sonra nə oldu?
Bir neçə gün keçməmiş Gevorq Sujyanın yoxa çıxdığını müəyyən edən erməni ictimai təşkilatları həyəcan siqnalı verməyə başladılar. Daha sonra isə onun taleyi ilə bağlı əl-ayağa düşən Ermənistan Milli Təhlükəsizlik Xidmətinin hadisə ilə bilavasitə məşğul olduğu barədə məlumat yayıldı. Gevorqu tapa bilmədilər, “Telegram” kanallarında Azərbaycan tərəfinə əsir düşdüyü barədə narahatlıqlarını yaydılar.
Dünəndən etibarən isə Gevorq Sujyanın “Facebook” səhifəsində məhz Azərbaycan tərəfinin təhqir edildiyi videonun yığışdırıldığını aşkar etdilər. Necədir?! Yəqin ki, Gevorq indi Bakıda araşdırmalarda İstisuda nə məqsədlə üzdüyü ilə yanaşı, nələri kimlərin sifarişi ilə elədiyinə dair çox şeylər danışır.
İndi özünün təsəvvür edin və qiymət verin!
Bu cür detallar Azərbaycanın müharibəyə necə hazırlaşdığını, Azərbaycanın xüsusi xidmət orqanlarının necə işlədiyini göstərir. Azərbaycanın bugünkü qüdrətini göstərir. Bu yaramazı vaxtında görüb Bakıya gətirən incə mərhələli yollar, düşmənə verilən mesaj, bu günlərdə baş vermiş hələ neçə belə incə məsələlər, yəqin ki, illər sonra aydınlanacaq.
Sülh istəyən hər zaman müharibəyə hazır olmalıdır.
Musavat.com
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər