Həbs edilən başçının kadrları eyni gündə öldü
26-11-2020, 14:19
Oxunub: 1 200
Biləsuvar Rayon İcra Hakimiyyətinin (RİH) sabiq baş memarı və icra başçısının sabiq köməkçisi eyni gündə vəfat edib.
Bolgexeber.com Report-a istinadən xəbər verir ki, bu ilin sentyabr ayına qədər Biləsuvar RİH-in baş memarı vəzifəsində çalışan Yaşar Əzimov xəstəliyi ilə əlaqədar Rusiya Federasiyasında müalicə olunduğu xəstəxanada cərrahiyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Eyni zamanda, Biləsuvar RİH başçısının keçmiş köməkçisi Pöhran Şahbazov koronavirus infeksiyası səbəbilə müalicə olunduğu Masallı Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.
Qeyd edək ki, hər iki şəxsin bu ilin sentyabr ayında vəzifələrindən azad edilmişdi. Onlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilən Biləsuvar RİH-in sabiq başçısı Mahir Quliyevin kadrları olduğu bildirilir.
M.Quliyev bu ilin aprelin 29-da DTX-nin həyata keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində həbs olunub. Noyabrın 25-də Səbail Rayon Məhkəməsinin qərarı ilə M.Quliyevin həbs müddəti daha 3 ay artırılıb.
Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət