Baş nazir prezident seçkilərindən sonra ölkədən gedəcəyini açıqladı
23-06-2013, 10:00
Oxunub: 4 373
Gürcüstanın baş naziri tezliklə siyasətdən getmək niyyətini açıqlayıb.
Estoniyanın “Postimees” nəşrinə müsahibə verən Bidzina İvanişvili bəyan edib ki, Mixail Saakaşvili prezident postunu tərk etdikdən dərhal sonra o, siyasi səhnədən uzaqlaşacaq. “Mən tezliklə siyasəti tərk etmək haqda düşünürəm. Saakaşvili gedən kimi və oktyabrda yeni prezident seçkiləri keçirilən kimi mən gedəcəm. Maksimum bir neçə gün qalacam seçkidən sonra. İstəmirəm ki, Gürcüstanda həmişə bir nəfərə stavka olunsun. İnanıram ki, əsas üç vəzifə təmiz adamlara, demokratlara nəsib olacaq. Yeni qan lazımdır”, - deyə o vurğulayıb.
Lakin İvanişvilinin bu səmimiyyətini artıq şübhə altına alanlar da var. “Tabula” jurnalının baş redaktoru Tamar Çerqoleişvili sosial şəbəkədəki səhifəsində yazıb ki, İvanişvili həqiqətən hakimiyyətdən getmək istəyir. Lakin o heç bir halda hakimiyyəti itirmək istəmir.
“Hakimiyyətdə olmaq böyük məsuliyyətdir. Bu vaxta kimi baş verənlərə görə Mişa günahkar idi. Bundan sonra isə günahkar İvanişvili olacaq. Ən azı baş nazir bunu başa düşür. Lakin o, hakimiyyəti itirmək istəmir. İvanişvili öz biznes mərkəzində oturmaq və “vətəndaş patriarxı” statusunda prosesləri idarə etmək istəyir. Bu planın reallaşmasına güclü müxalifətin mövcudluğu mane olur. Ona görə də İvanişvili Milli Hərəkat Partiyasının mövqelərini maksimum zəiflətməyə çalışır. Bu partiyanı zəiflədəndən sonra İvanişvili rahatlaşacaq. Prezident kreslosunda iradəsiz, zəif, plastilin kimi Marqvelaşvili olacaq. Elə baş nazir də ondan geri qalmayacaq. “Gürcü arzusu” koalisiyası xırda partiyalara parçalanacaq. Müxalifəti isə İvanişvili özü təyin edəcək – Nino Burcanadzeni və İrma İnaişvilini maliyyələşdirəcək, həmçinin QHT-lərə pul verməkdə davam edəcək”.
Maraqlıdır ki, bununla belə nüfuzlu “Tabula” jurnalının baş redaktorunun fikrincə, İvanişvili bu planı həyata keçirə bilməyəcək. anspress
Çox Oxunanlar
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 17-04-2024, 10:13 : Hadı Rəcəblinin dəfn yeri açıqlandı
Gündəm
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər