BolgeXeber.Com » Gündəm » Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik etdi

Mehriban Əliyeva Laçının azad olunması münasibətilə xalqı təbrik etdi

1-12-2020, 15:06
Oxunub: 2 642
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva özünün instaqram səhifəsində Laçının işğaldan azad edilməsi münasibətilə paylaşım edib.
Bolgexeber.com xəbər verir ki, paylaşımda deyilir:
"Laçın rayonunun işğaldan azad edilməsi münasibətilə hamınızı səmimi-qəlbdən təbrik edirəm! Qoy Uca Allah mərhəmətini xalqımızdan əsirgəməsin, bütün həmvətənlərimizə cansağlığı və səadət, Vətənimizə sülh, firavanlıq və nurlu gələcək bəxş etsin! Qarabağ Azərbaycandır!".