BolgeXeber.Com » Gündəm » Qubadlı Maliyyə İdarəsində minbir adla silinən pullar

Qubadlı Maliyyə İdarəsində minbir adla silinən pullar

24-06-2013, 18:55
Oxunub: 5 137 Son zamanlar mətbuatda rayon maliyyə idarələrinin neqativ əməllərinən,vətəndaşların huquqlarının pozulmaları barədə içtimayətə geniş informasiya verilir. Qazetimizin ötən saylarında da bu öz əksini tapmış, bəzi rayon maliyyə idarəsinin fəliyyətindəki nöqsanları faktlarla dərc etmişdik. Lakin tənqiddən nəticə çıxartmaq əvəzinə idarə rəisləri öz korrupsioner əməllərini daha da geniş formada həyata keçirir. Bu günlərdə redaksiyamıza Qubadlı Rayon Maliyyə İdarəsinin rəisi Kəmaləddin Rüstəmov ətrafında dolaşan məlumatlar redaksiyamıza daxil oldu. Belə ki, işğal olmuş rayonun təhsil və səhiyyə sahəsinin inkişafı üçün ayrılmış dövlət vəsaiti nəzərdə tutulan ünvana deyil, tam məxfi istiqamətə xərclənilir. Başqa bir məlumatda bildirilir ki, idarə rəisi Kəmaləddin Rüstəmov hesabat və məruzələrdə özünün tədbiq etdiyi rəqəmləri təqdim edir. Digər tərəfdən isə məlumatda göstərilir ki, K. Rüstəmov Qubadlı rayon dövlət idarələrində rəhbər vəzifə tutmuş idarə rəisləri ilə ortaq məxrəcə gələ bilmişdir. Necə deyərlər,”Əlbir olub bir ayı bir şir ilə, ovladılar doşanı tədbir ilə” .Xüsusiylə DSMF ilə (bu barədə sonra) Nəzərinizə çatdiraq ki, bu cür iş birlikləri dövlət büdcəsini talamaq kimi qiymətləndirilir. Etibarlı mənbə bildirir ki, Qubadlı rayon maliyyə idarəsinin rəisi Kəmaləddin Rüstəmov iş birliyi qurduğu müdirlərlə əl bir olaraq bankların birindən külli miqdarda vəsait çıxartmağa nail olmuşdular. (Bu barədə növbətı saylarımızda) Bütün bu nöqsanlardan hali olan Maliyyə Naziri Samir Şərifov Qubadlı rayon maliyyə idarəsini yoxlanılması üçün göstərişini vermişdir. Təəssüflər olsun ki, maliyyə nazirliyi tərəfindən aparılan araşdırılmalar “müəmmalı” şəkildə ört-basdır edildi. Onuda qeyd edək ki, Kəmaləddin Rüstəmov yüksək vəzifə sahibi olmuş “day dayısı” na arxalanaraq istənilən qanun pozuntusunu düşünülmüş və məsləhətləşmiş formada həyata keçirir. Qəzetimiz çapa gedərkən idarənin daxilindən başqa bir məlumat redaksiyamıza ötürüldü. Biz də öz nöbəmizdə Kəmalləddin müəllimlə telfon əlaqəsi yaratmağa çalışdıq. İdarədən bildirildi ki, rəis Kəmaləddin Rüstəmov məzuniyyətdədir. Onu yalnız mikrorayon deyilən ərazidə köhnə "Rasiyya " klubunda yəni Nizami kinotetrında nərd salonunda tapmaq mümkündür . Növbəti saylarımızın birində yenidən mövzuya qayıdacağıq. Və redaksiyaya daxil olan faktlara əsaslanıb hazırlanmış tənqidi məqaləyə, qarşı tərəf kimi Qubadlı maliyyə idarəsinin rəisi Kəmaləddin Rüstəmov münasibətini dinləməyə çalışacağıq .