Şirvanda COVİD-19-la mübarizə məqsədilə reydlər davam edir-FOTO
9-12-2020, 12:26
Oxunub: 432
Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, elan edilən xüsusi karantin rejimi qaydalarına riayət olunması məqsədilə Şirvan şəhərində gündəlik olaraq gücləndirilmiş nəzarət profilaktik-maarifləndirmə tədbirləri həyata keçirilir.
Şirvan Şəhər İcra Hakimiyyəti tərəfindən yaradılmış mobil qruplar vasitəsilə şəhər ərazisində sakinlərin sıx toplaşdığı məkanlarda, ticarət obyektlərində müəyyən edilmiş qaydalara əməl olunması vəziyyətini öyrənmək, eyni zamanda maarifləndirmə və profilaktiki tədbirlərin görülməsi məqsədilə mütəmadi olaraq reydlər həyata keçirilir. Növbəti reyd zamanı gün ərzində ümumilikdə 213 olmaqla, 33 ictimai iaşə, 120 ticarət, 25 bərbərxana və gözəllik salonu, 28 digər obyektlər, 5 yas mərasiminə nəzarət edilib. Reydlər zamanı 381 nəfər vətəndaşa cərimə tətbiq edilib.
Reyd zamanı obyekt sahiblərinə və vətəndaşlara izah olunub ki, hər birimiz mövcud infeksiya ilə mübarizə aparmalı, sosial məsafə saxlamalı, gigiyenik vasitələrdən, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, dəfn mərasimləri istisna olmaqla yas mərasimlərində kütləviliyin qarşısını almalı və bununla da özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalıyıq.Bir daha vətəndaşlarımızdan xahiş olunur ki, koronavirusun daha geniş miqyasda yayılmasına imkan verməmək üçün karantin qaydalarına əməl etsinlər.
Qeyd edək ki, COVID-19 infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılıb.
Bolgexeber.com





Çox Oxunanlar
- 6-01-2021, 11:53 : Prezident övladı Heydər Əliyevlə birgə Əli Kərimlinin oğlu Türkellə bağlı ŞOK MƏLUMATLAR YAYILDI – FOTO
Siyasət
- 6-01-2021, 09:55 : XİN-in vəzifəli əməkdaşı vəfat edib
Siyasət
- 7-01-2021, 17:13 : Məktəblər açılacaq, toylar başlayacaq, rayonlara sərnişindaşıma bərpa ediləcək - AÇIQLAMA
Xəbərlər
- Dünən, 10:10 : Anar Cəbrayıllı: " Jurnalistlərin hamısını dama soxmaq lazımdır"-VİDEO
Gündəm
- 12-01-2021, 11:34 : DTX mühüm məlumatlar yaydı – RƏSMİ
Siyasət
- 4-01-2021, 11:01 : Karantin rejimi ilə bağlı VACİB XƏBƏR - Yanvarın 18-dən sonra...
Xəbərlər
- 5-01-2021, 18:20 : Azərbaycan Prezidenti: "Azad edilmiş torpaqlarda ermənilərin yaşadığı yerlər elə bil ki, it damıdır"
Siyasət
- 6-01-2021, 10:44 : "Başçı dedi; "Sözümü gedib yaysan, səni içəri soxduracam, Ağdam mənimdir" - ŞİKAYƏT(VİDEO)
Ölkə
- 10-01-2021, 19:19 : İmişlidə şəhid dəfn olunub-FOTO
Bölgə
- 11-01-2021, 17:32 : Vladimir Putindən Qarabağla bağlı açqlama
Siyasət