BolgeXeber.Com » Gündəm » Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

Azərbaycanda daha bir vəzifəli şəxs koronavirusa yoluxdu

9-12-2020, 14:35
Oxunub: 4 898 Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev koronavirusa yoluxub.

Bu barədə Anar Qədiməliyev özü məlumat verib.

Onun sözlərinə görə, hazırda ev şəraitində müalicə alır.

"Hazırda ev şəraitində müalicə alıram. Müalicəmin onuncu günüdür. Şükürlər olsun, səhhətim normaldır, müalicə prosesim davam edir", - deyə idarə müdiri bildirib.

Məlumat üçün qeyd edək ki, Anar Qədiməliyev cari ilin iyul ayının 20-dən Gəncə şəhər Təhsil İdarəsinin müdiri vəzifəsini icra edir.