BolgeXeber.Com » Gündəm » Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırladı - VİDEO

Türkiyənin Müdafiə Nazirliyi Qələbə paradı ilə bağlı videoçarx hazırladı - VİDEO

10-12-2020, 11:55
Oxunub: 2 042 Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycanın Vətən müharibəsində qazandığı zəfər münasibətilə bu gün Bakıda keçiriləcək Qələbə paradı ilə bağlı paylaşım edib.

Bolgexeber.com xəbər verir ki, paradla bağlı hazırlanan videoçarx nazirliyin tvitter səhifəsində yerləşdirilib.
"Bir Vətən Hərəkatı”nın uğurla icra edən və Qarabağda böyük Zəfər əldə edən Azərbaycan türkü qardaşlarımızı təbrik edir, Bakıdakı paradda iştirak edəcək qəhrəman ordularımızın hərbçilərini qürurla salamlayırıq. 2 783 şəhidimizə Allahdan rəhmət diləyirik”, - paylaşımda qeyd olunub.

Videoçarxda Azərbaycan və Türkiyə ordularının birgə keçirdiyi təlimlərdən görüntülər, həmçinin Azərbaycan Ordusunun Vətən müharibəsində keçirdiyi əməliyyatların fraqmentləri və Qələbə paradının təlim kadrları əksini tapıb.