BolgeXeber.Com » Gündəm » Bakıda möhtəşəm Zəfər paradı keçirilir - CANLI YAYIM

Bakıda möhtəşəm Zəfər paradı keçirilir - CANLI YAYIM

10-12-2020, 13:20
Oxunub: 2 349 Bolgexeber.com xəbər verir ki,  Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı keçirilir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan paradda iştirak edir. Paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunur. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək.
Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.