BolgeXeber.Com » Gündəm » Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısı

Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısı

14-12-2020, 18:08
Oxunub: 2 175 Müdafiə Nazirliyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olan hərbi qulluqçularından dekabrın 21-dək dəfn edilən 2 802 nəfərin fotoları, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında yenilənmiş siyahı yayıb.
Bu barədə Nazirlikdən məlumat verilib.
"Qeyd edək ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.
Ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəkdir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!", - nazirlikdən bildirilib.
Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların siyahısı ilə bu link vasitəsilə tanış olmaq olar.