BolgeXeber.Com » Gündəm » Füzulidə geniş geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb

Füzulidə geniş geniş bərpa-tikinti və abadlıq-quruculuq işləri aparılıb

1-07-2013, 08:40
Oxunub: 4 765 Bildiyiniz kimi iyunun 27-də prezident İlham Əliyev Horadiz şəhərində erməni işğalı zamanı dağıdılmış evlərin bərpasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb və həmin sərəncama görə Horadiz şəhərinə 6 milyon manat ayrılıb.

Bir qrup Füzuli sakininin redaksiyaya göndərdiyi məktubda bildirilir ki, 1994-cü ilin yanvar ayında Füzuli rayonunun işğaldan azad olunmuş 22 yaşayış məntəqəsində geniş bərpa-tikinti abadlıq və quruculuq işləri aparılmış 4300-ə yaxın ailə üçün 16 yeni qəsəbə salınmış, 13 ümumtəhsil məktəbi, 13 bağça, 2 xəstəxana, 10 tibb məntəqəsi tikilmiş, Horadiz şəhərində yandırılmış və dağıdılmış 1565 yaşayış evinin əksəriyyəti bərpa olunaraq sakinlərin istifadəsinə verilmiş, bundan başqa qaz, elektrik xətləri çəkilmiş, digər mühüm infrastruktur layihələri yerinə yetirilmişdir.
27 iyun 2012-cü il tarixdə Horadiz şəhərində yandırılmış dağıdılmış evlərin sakinlərinin öz doğma yurdlarına qayıtması üçün zəruri şəraitin yaradılmasının vacibliyini nəzərə alaraq prezidentin verdiyi sərəncam Horadiz şəhər sakinlərini ümumilikdə Füzuli sakinlərini çox sevindirdi. Həyata keçirilən tədbirlər nəticəsində ölkənin müxtəlif bölgələrində məskunlaşmış 120 min nəfər rayon sakinindən 70 min nəfəri, o cümlədən 6 min nəfərdən çox Horadiz şəhər sakini öz doğma torpaqlarına qayıtmış və bu gün də bilavasitə cəbhə xəttində düşmənlə üz-üzə duraraq rayonun sosial-iqtisadi inkişafı üçün əzmlə çalışırlar.

Füzuli sakinləri daim dövlətin diqqət və qayğısını hiss edib və bu gün də hiss etməkdədir. Son zamanlar Füzulinin inkişafına və onun sakinlərinin sosial problemlərinin həllinə daha çox diqqət yetirilir.
Bolgexeber.com