BolgeXeber.Com » Gündəm » Çingiz Qənizadə :" Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir"

Çingiz Qənizadə :" Polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir"

15-01-2021, 09:17
Oxunub: 2 400 Bildiyimiz kimi artıq bir ilə yaxındır ki, koronavirus bütün dünyanı çənginə alıb. İndiyədək dünyada 90 milyondan çox insan yoluxub, 2 milyona yaxın insan bu bəladan vəfat edib.
 Bolgexeber.com bildirir ki, Azərbaycanda 24 martdan xüsusi karantin rejimi  elan edilib, karantin rejimi bir neçə dəfə uzadılıb. Hal-hazırda əhalinin sağlamlığının qorunması məqsədilə Nazirlər Kabinetinin müvafiq Qərarı ilə  ölkəmizdə 18 yanvar 2021-ci il saat 00:00-dək yenidən  sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.
Oktyabrın ortalarından sonra Azərbaycanda koronavirusa yoluxma sürətli şəkildə artdı  və dörd min civarında gündəlik yoluxma qeydə alındı.
Amma son günlər bu rəqəm 400-dən belə aşağı düşüb.
Azərbaycanda həkimlərlə barəbər polislərimiz də koronavirusla gecə-gündüz mübarizə aparır.
Koronavirusla  mübarizədə uğurlu nəticələr əldə etməyimizdə polisin rolu haqda  münasibət öyrənmək üçün Bolgexeber.com olaraq Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadəyə müraciət etdik.  
Çingiz Qənizadə Bolgexeber.com-a açıqlamasında bildirdi ki, son günlər koronavirus xəstələrinin sayının azalması həm xəstəxanalarda olan yükü , həm də həkimlərin iş yükünü azaldır ki, bu da təbii ki, bizi sevindirməyə bilməz:

“Sevindirinci haldır ki, ölkədə koronavirus xəstələrinin azalması ilə ola bilsin bəzi sərt qadağalar yumşalsın . Amma həkimlərimiz, insanlar bu virusa yoluxduqan sonra mübarizə aparırlarsa, polis əməkdaşları Daxili Qoşunların hərbi qulluqçuları ilə birlikdə pandemiyanın yayılmasının qarşısının alınması üçün artıq keçən ilin mart ayından   karantin rejimi ilə əlaqədar gücləndirilmiş rejimdə xidmət aparırlar. Qurulmuş postlar , şəhərlərə giriş-çıxışda yoxlamalar,  ictimai iaşə obyektlərində monitorinqlərin aparılması, küçə və prospektlərdə, satış mərkəzlərində , ictimai nəqliyyatda, dayanacaqlarda  insanların daha çox toplaşdığı yerlərdə polis əməkdaşları tərəfindən reydlər keçirilməsi və  karantin rejimi qaydalarının pozulmasının qarşısının alınması üçün polislərin göstərdikləri səy , zəhmət təbii ki, həddən artıq çoxdur. Mən belə hesab edirəm ki, ölkədə COVID-19-a yoluxmaların azalmasının bir səbəbi də məhz polis orqanlarının bu məsələni ciddi nəzarətə götürməsi və karantin rejimi qaydalarının pozulmasına qarşı gördüyü sərt və qətiyyətli mövqeləridir. Digər tətəfdən , mən polisin zəhmətini başqa cür də dəyərləndirirəm; onlar yağışda, soyuqda, küləkdə, bayram günlərində küçələrdə növbə çəkərək bu əziyyətlərə qatlaşırlar.

Bizim də ilk zamanlar bu xəstəliyə, onun yayılmasına yönələn karantin qaydalarına əməl olunmasına  laqeyd münasibətimiz  bu xəstəliyə yoluxanların sayının artmasına  gətirib  çıxartdı  ki, bu da polislərimizin işinə əlavə çətinliklər yaratdı. Amma son aylar insanların intizamlı olması, maska taxması, sosial məsafəni gözləməsi ,eyni zamanda polisin karantin qaydalarını pozanlara qarşı ciddi mübarizə aparması, onları maarifləndirməsi, bu cür şəxsləri inzibati qaydada cəzalanadırması yoluxmanın azalmasında  az rol oynamdı.Bu baxımdan polisin ölkədə koronavirusla mübarizədə atdığı addımlar əvəzsizdir.
Ona görə də mən hesab edirəm ki, biz “təhlükəsizliyimizi polis qoruyur” deyəndə ,həm də tibbi təhlükəsizliyimizi artıq buraya daxil edə bilərik. 
Çünki polislər nəinki ölkədə asayişi və təhlükəsizliyi qoruyur, həm də bizim tibbi təhlükəsizliyimizi qoruyan orqana çevrilib.
Buna görə Daxili işlər orqanlarının əməkdaşlarına bu fədakar əməklərinə görə sağol deyirik ”
.

Vasif Turan
Bolgexeber.com