Qarabağ veteranı həbsxanada özünü asdı
11-05-2011, 18:05
Oxunub: 3 456
Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
Rayon Prokurorluğundan Bolgexeber.com-a verilən məlumata görə, bu bir neçə ay əvvəl ailə üzvlərini qətlə yetirən 37 yaşlı Rövşən Mehralıyevdir. Qarabağ müharibəsində kontuziya alan R.Mehrəliyev dünən saat 15-16 radələrində saxlanıldığı 3 saylı İstintaq Təcridxanasında özünü asaraq intihar edib.
Xatırladaq ki, dəhşətli qətl hadisəsi yanvarın 11-i gecə saat 04.00 radələrində Nizami rayonu, Şirin Mirzəyev küçəsi 70 saylı evin 30-cu mənzilində qeydə alınmışdı. Rövşən Mehrəliyev Qəribxan oğlu mətbəx bıçağı ilə aralarında baş verən mübahisə zəminində anası Elmira Şərəfəddin qızı Mehrəliyevanı, arvadı Lalə Qədim qızı Mehrəliyevanı, iki azyaşlı uşaqları Səidə və İlhama bıçaqla bir neçə xəsarət yetirərək qətlə yetirmişdi. Hadisə zamanı ailənin digər qızı - 8 yaşlı Nuranə evdən qaçaraq canını qurtara bilmişdi.
Nuranənin bu barədə qonşulara xəbər verməsindən sonra əraziyə gələn polis əməkdaşları R.Mehrəliyevi saxlayıb. Məlum olub ki, o, hadisədən sonra özünə də bir neçə bıçaq xəsarəti yetirib.
Çox Oxunanlar
- 8-06-2022, 14:00 : Ali Məhkəmə Qoca Səmədovun cəzasını azaltdı
Gündəm
- 10-06-2022, 17:26 : Milli qurtuluş günü sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
Siyasət
- 6-06-2022, 16:02 : Kamaləddin Qafarov: “Bu sərgi neft-qaz sənayesi üzrə vacib beynəlxalq platformadır”
Siyasət
- 8-06-2022, 16:30 : Bakıda bu çimərliklərdən istifadə etmək olmaz - Siyahı
Gündəm
- 7-06-2022, 18:51 : Kamran Əliyev rayon prokurorlarına göstərişlər verdi
Gündəm
- 8-06-2022, 16:13 : “Uşaqların doğulanadək cins seçiminə Yox deyək!” adlı maarifləndirici tədbir keçirilib
Sosial
- 7-06-2022, 17:37 : Bakıda qanunsuz parkinq salan Xalq artisti: “Nə istəyirsiniz məndən?”
Gündəm
- 7-06-2022, 18:40 : Tərtərdə vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılır
Bölgə
- 3-06-2022, 17:31 : “Ayağımdan gələn iy heç sənin ən bahalı ətrindən gəlmir” - Pərvin
Şou-Biznes
- 21-06-2022, 09:57 : Ulu Öndər demokratik düşüncə və dəyərlərinə hər zaman öz sadiqliyini nümayiş etdirmişdir
Siyasət